• Bakı 21° C

    3.92 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.0331

Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz məhsullarının dəyəri artıb

İQTİSADİYYAT

21 Mart 2025 | 19:02

Azərbaycanın ixrac etdiyi qeyri neft-qaz məhsullarının dəyəri artıb

2025-ci ilin yanvar ayında ixrac olunan məhsulların qiymət indeksi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 104,0 faiz, yanvar ayı ilə müqayisədə isə 110,2 faiz təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, ixrac olunan qeyri neft-qaz məhsullarının qiymət indeksi 2025-ci ilin yanvar ayında 2024-cü ilin dekabr ayı ilə müqayisədə 100,3 faiz, yanvar ayı ilə müqayisədə 123,6 faiz təşkil edib.

Qeyd edək ki, hesabat dövründə idxal da bahalaşıb. 2025-ci ilin yanvarında idxal olunan məhsulların qiymət indeksi 2024-cü ilin dekabr ayı ilə müqayisədə 101,1 faiz, yanvar ayı ilə müqayisədə isə 119,7 faiz təşkil edib.


SON XƏBƏRLƏR