• Bakı 18° C

    12.21 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

İQTİSADİYYAT

21 May 2025 | 10:15

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI

Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 17 ölkəyə 4,563 milyard ABŞ dolları məbləğində 8,204 milyon ton həcmində neft ixrac olunub.

Bu barədə Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkələr sırasına İtaliya, Çexiya, Rumıniya, Almaniya, Xorvatiya, Portuqaliya, Böyük Britaniya, İrlandiya, Yunanıstan və Niderland daxil olub.

Bu ilə Azərbaycan İtaliyaya 2,449 milyard ABŞ dolları dəyərində 4,389 milyon ton, Çexiyaya 304,667 milyon ABŞ dolları dəyərində 558,693 min ton, Rumıniyaya 280,129 milyon ABŞ dolları dəyərində 500,351 min ton xam neft ixrac edib. Almaniyaya 276,545 milyon ABŞ dolları dəyərində 500 min ton və Xorvatiyaya 238,672 milyon ABŞ dolları məbləğində 428,403 min ton neft tədarük edilib.

Aşağıdakı cədvəldə Azərbaycanın 2025-ci ilin yanvar-aprel aylarında neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:

Ölkələr

Miqdar (ton)

2024 -cü ilin yanvar-aprel aylarına nisbətən

Statistik dəyər (min ABŞ dolları)

2024-cü ilin yanvar-aprel aylarına nisbətən

1

İtaliya

4 388 968,14

+82,84 %

2 448 796,82

+59 %

2

Çexiya

558 693,27

+31,5 %

304 667,44

+12,1 %

3

Rumıniya

500 350,62

+45,3 %

280 129,05

+32 %

4

Almaniya

500 001,1

+13,4 %

276 544,77

-5,9 %

5

Xorvatiya

428 402,79

+154 %

238 672,29

+110 %

6

Portuqaliya

353 986,48

+86,2 %

189 929,36

+61,7 %

7

Böyük Britaniya

243 951,89

+11,8 dəfə (1085 %)

137 323,16

+12,5 dəfə (1151 %)

8

İrlandiya

243 468,25

-*

129 715,04

-*

9

Yunanıstan

232 396,39

+4,2 dəfə (321 %)

128 990,34

+3,5 dəfə (252 %)

10

Niderland

137 756

-*

77 893,27

-*

11

Tailand

137 785,75

-57,9 %

75 910,84

-62,6 %

12

İndoneziya

130 925,36

+51 %

72 131,22

+37,3 %

13

İsveçrə

89 696,92

-*

53 857,85

-*

14

Danimarka

88 157,38

-*

49 689,27

-*

15

Bolqarıstan

79 260,85

-*

48 231,11

-*

16

Tunis

64 192,52

-66,66 %

37 392,93

-68,7 %

17

Türkiyə

25 851,73

-84,3 %

12 807,74

-98,5 %

 

Cəmi

8 203 845,45

+18,4 %

4 562 682,52

+4,5 %

 


SON XƏBƏRLƏR