• Bakı 24° C

    3.63 m/s

  • USD - 1.7

    EUR - 1.9496

    RUB - 2.1656

Azərbaycandan I rübdə 1 milyard dollardan çox kapital axını olub

İQTİSADİYYAT

19 Iyun 2025 | 11:31

Azərbaycandan I rübdə 1 milyard dollardan çox kapital axını olub

Bu ilin I rübündə Azərbaycanın maliyyə hesabının mənfi saldosu (ölkədən kapital axını) təxminən 1,2 milyard ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun Statistika departamentinin direktoru Samir Nəsirov bildirib.

Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 25 % azdır.

"Kəsir əsasən ölkənin xarici maliyyə aktivlərinin 1,2 milyard dollara yaxın artması, xalis maliyyə öhdəliklərinin isə 45 milyon dollar azalması ilə bağlıdır. Bu da növbəti dövrlərdə ölkənin əlavə faiz gəlirləri qazanacağını göstərir", - deyə AMB rəsmisi qeyd edib.


SON XƏBƏRLƏR