• Bakı C

    4.64 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Azərbaycanın sədrliyində çoxşaxəli əməkdaşlıqlar görəcəyik - COP-un layihə direktoru

COP29

10 Oktyabr 2024 | 23:55

Azərbaycanın sədrliyində çoxşaxəli əməkdaşlıqlar görəcəyik - COP-un layihə direktoru

Azərbaycanın COP29 Sədrliyində çoxşaxəli əməkdaşlıqlar görəcəyik. COP29 Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizəyə mühüm töhfə verməsi üçün fürsət olacaq və uğurlu nəticələrə gətirib çıxaracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri report-a açıqlamasında COP-un məlumat bazasını formalaşdıran Karbonun Açıqlanması Layihəsinin (Carbon Disclosure Project-CDP) Baş İcraçı direktoru Şeri Madera deyib.

Madera bildirib ki, CDP layihəsi hər il minlərlə şirkət, şəhərlər, əyalətlər və bölgələrə iqlim dəyişikliyi, su təhlükəsizliyi və meşələrin qırılması ilə bağlı risk və imkanları ölçmək və idarə etmək üçün dəstək verir: "CDP artıq 24 ildir ki, qlobal səviyyədə fəaliyyət göstərən QHT-dir və baş ofisimiz Böyük Britaniyada yerləşir. Bizə hesabat verən 23 mindən çox şirkət, təşkilat və ölkələrlə qarşılıqlı əlaqədəyik. Biz bunu investorların, alıcıların, ölkələrin və maraqlı tərəflərin tələbləri əsasında edirik. Hər il CDP hesabat dövründə təqdim olunan məlumatları müstəqil qiymətləndirmə metodologiyası vasitəsilə iqlim dəyişikliyi, meşələr və su təhlükəsizliyi ilə bağlı fəaliyyətləri stimullaşdırmaq üçün istifadə edirik".

İcraçı direktorun sözlərinə görə, məlumat bazası sadə səslənə bilər, lakin əslində iqlimlə bağlı qərar qəbul etmək üçün əsasdır: "COP görüşləri bəzən sadəcə müzakirələrlə davam edən platforma kimi qiymətləndirilir. Fikrimcə, bu müzakirələr çox vacibdir. Məlumatlar, ideyalar və qərar qəbul etmə prosesi müzakirələr yolu ilə həyata keçirilməlidir. COP29, COP30 və sonrakı COP-lardan əldə olunan uğurlar məhz bu möhkəm məlumat bazasına əsaslanacaq".

Madera əlavə edib ki, COP29-un əsas gözləntilərindən biri iqlim maliyyəsidir: "Maliyyənin daha çox ehtiyaclı ölkələrə çatdırılması və kapitala çıxışın təmin olunması CDP-in məlumat bazasında toplanan göstəricilər əsasında müəyyən olunacaq".


SON XƏBƏRLƏR

12 Noyabr 2024