• Bakı 26° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Çilini COP29-da böyük nümayəndə heyəti təmsil edəcək

COP29

09 Noyabr 2024 | 20:00 | Müəllif: Əli Hüseynov

Çilini COP29-da böyük nümayəndə heyəti təmsil edəcək

"Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfrasının 29-cu Sessiyasında (COP29) Çilini 121 nəfərlik nümayəndə heyəti təmsil edəcək".

Bakıvaxtı.az Apaya istinadla xəbər verir ki, bunu Çilinin ölkəmizdəki səfiri Giancarlo Alberti deyib.

    O əlavə edib ki, Çilidən Azərbaycan səfər üçün üç təyyarədən istifadə etməyin vacibliyini düşündükdə, bu rəqəm kifayət qədər diqqətçəkəndir: "Çili ilə Azərbaycan arasında əlaqələr 1994-cü ildən qurulub. Ötən 30 illik müddətdə biz bir-birimizin mövqelərini açıq şəkildə dəstəkləmişik və bu dəstək davam etdiriləcək".

    Səfirin sözlərinə görə, bu ay ərzində Bakıda Çili Səfirliyinin Konsulluq Şöbəsi də fəaliyyətə başlayacaq.

    Diplomat deyib ki, ölkələrimiz bir-biri ilə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və rəsmi Santyaqo bu əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsində maraqlıdır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Sentyabr 2026