• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Azərbaycanın strateji valyuta ehtiyatları 70 mlrd. dollara yaxınlaşıb

İQTİSADİYYAT

21 Iyun 2024 | 11:14

Azərbaycanın strateji valyuta ehtiyatları 70 mlrd. dollara yaxınlaşıb

2024-cü ilin ilk 5 ayında Azərbaycanın strateji valyuta ehtiyatları 69.7 mlrd. ABŞ dollarına çatıb.

Bakıvaxtı.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ilin əvvəli ilə müqayisədə 1.8% və ya 1.3 mlrd. ABŞ dolları çoxdur.

    Bundan əlavə qeyd edilib ki, profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. 2024-cü ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10.1% təşkil edib.


    SON XƏBƏRLƏR