• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Türkiyə Somalidə neft və təbii qaz kəşfiyyatı aparacaq

İQTİSADİYYAT

19 Iyul 2024 | 10:46 | Müəllif: Gülşən Şərif

Türkiyə Somalidə neft və təbii qaz kəşfiyyatı aparacaq

"Türkiyə Somali dənizlərində üç blokda təbii qaz və neft kəşfiyyatı aparacaq".

Bakıvaxtı.az "Sozcu"yə istinadən xəbər verir ki, bunu Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Türkiyə Somalidə neft və təbii qaz kəşfiyyatı aparacaq:

"Türkiyə ilə Somali arasında "Karbohidrogen Kəşfiyyatı və Hasilatı Sazişi" imzalanıb. Somali çox mühüm neft və təbii qaz mənbəyi hesab etdiyimiz bir ərazidir. Hazırda Somali dənizlərində hər biri 5 min kvadrat kilometr ərazini təmsil edən üç blokumuz var. Biz nefti tapdığımız zaman burada kəşfiyyat və hasil etmək üçün Türkiyə müstəsna səlahiyyətə sahib olacaq".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026