• Bakı 22° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Türkiyədə neft və qaz hasilatı artıb

İQTİSADİYYAT

18 Avqust 2024 | 09:44 | Müəllif: Subhan Mahmudov

Türkiyədə neft və qaz hasilatı artıb

Türkiyədə təbii qaz hasilatı artıb.

Bakıvaxtı.az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Onun sözlərinə görə, Sakarya Qaz Sahəsi və Zonquldakın Filyos qəsəbəsindən hasil edilən təbii qazın həcmi altı milyon kubmetrə yüksəlib.

O əlavə edib ki, Qabardakı neft hasilatı da artaraq gündəlik 47 min barelə çatıb. "Hakkaridə, Vanda və Qara dənizdə görəcəyimiz işlərlə, yeni neft hasilatı ilə mövcud ehtiyatları və hasilatı artıracağıq. Xarici təbii qazdan asılılığımızı azaldacağıq və ümid edirəm ki, bir gün tamamilə aradan qaldıracağıq" , - nazir bəyan edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026