• Bakı 19° C

    3.58 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Türkiyənin avtomobil istehsalı azalıb

İQTİSADİYYAT

16 Sentyabr 2024 | 16:19

Türkiyənin avtomobil istehsalı azalıb

Ötən ay türk avtomobil istehsalçıları  təxminən 53 500 avtomobil istehsal ediblər.

Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu, Avtomobil İstehsalçıları Dərnəyinin (OSD) açıqladığı hesabatda yer alıb.

Hesabata görə, ötən ay keçən ilin müvafiq dövrü ilə müqayisədə Türkiyənin sərnişin avtomobillərinin istehsalı 40,4% azalaraq 29 398 ədəd olub. Avtomobil və kommersiya avtomobilləri də daxil olmaqla, avtomobil ixracı illik müqayisədə 17,3% azalaraq 57 856 ədəd olub. 

Həmçinin bu ilin vqust ayında Türkiyənin avtomobil ixracından əldə etdiyi gəlir eyni dövrlə müqayisədə  5,1% azalaraq 2,7 milyard dollar olub.

Qeyd edək ki, "Ford", "Honda", "Hyundai", "Mercedes", "Renault" və "Toyota" kimi böyük beynəlxalq avtomobil istehsalçılarının Türkiyədə fabrikləri fəaliyyət göstərir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Sentyabr 2024