• Bakı 16° C

    12.98 m/s

  • USD - 1.7

    EUR - 1.8004

    RUB - 0.0279

Azərbaycanın və Türkiyənin canlı əfsanələri görüşdü - FOTO

CƏMİYYƏT

14 May 2022 | 19:01

Azərbaycanın və Türkiyənin canlı əfsanələri görüşdü - FOTO

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənlinin rəhbərliyi ilə nümayəndə heyəti Türkiyəyə səfər edib. 

Bu barədə Bakıvaxtı.az-a Emin Həsənli bildirib.

Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə "Vətən Müharibəsi Qəhrəmanı" daxil olmaqla Qarabağ qaziləri, təşkilatın İdarə Heyətinin üzvləri və "Hərbi And" qəzetinin əməkdaşları daxildir.

E.Həsənli bildirib ki, nümayəndə heyəti səfər çərçivəsində Türkiyə Muharip Gazilər Dərnəyinin İstanbul şöbəsində olub: "Türkiyə Cümhuriyyətinə səfər proqramımız ənənəvi olaraq Türkiyə Muharip Gazilər Dərnəyinin İstanbul şöbəsində qardaş ölkənin şanlı hərb tarixində öz izlərini qoyan canlı əfsanələrlə görüşdən başladı".

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi dəstəyi ilə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan səfər 13-23 may tarixlərini əhatə edir.

 

 


SON XƏBƏRLƏR

23 May 2022