• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vətən müharibəsi iştirakçısına hökm oxundu

CƏMİYYƏT

13 Iyun 2022 | 17:11 | Müəllif: Qalib İbrahimoğlu

Vətən müharibəsi iştirakçısına hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində Elşad Zülfüqarlının işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə E.Zülfüqarlı 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində E.Zülfüqarlı saxlanılıb. Üzərinə keçirilən baxış zamanı onun üzərindən 4.2 qram, evindən isə 204 qram narkotik tapılıb.

26 yaşlı Elşad Zülfüqarlı 44 günlük müharibədə iştirak edib, “Suqovuşanın azad edilməsinə görə” medalı ilə təltif olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ona ittiham elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR