• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Metroda gediş haqqı bahalaşır? - RƏSMİ

CƏMİYYƏT

13 Iyul 2022 | 15:39

Metroda gediş haqqı bahalaşır? - RƏSMİ

“Bakı Metropoliteni” QSC gediş haqqına yenidən baxılması barədə aidiyyəti qurumlara, o cümlədən Tarif (Qiymət) Şurasına müraciət ünvanlamayıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə metroda gediş haqlarının artırılması ehtimalı ilə bağlı səhmdar cəmiyyətindən bildirilib.

"Metropoliten gediş haqqını tənzimləmir və belə bir səlahiyyəti yoxdur. Bu məsələ Tarif Şurasının səlahiyyətinə daxildir. Səhmdar cəmiyyəti yalnız aidiyyəti dövlət strukturları qarşısında dövrü hesabatlar, o cümlədən maliyyə hesabatını təqdim edir", - deyə açıqlamada qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026