Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Şəmkir rayonu Çinarlı İcra nümayəndəliyində əməliyyat keçirib.
Bakıvaxtı.az-ın məlumatına görə, əməliyyat zamanı qəsəbə icra nümayəndəsi Elçin Abbasov saxlanılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən faktı Bakıvaxtı.az-a təsdiqləyiblər.
Qeyd olunub ki, əməliyyatla bağlı əlavə məlumat veriləcək.

















