• Bakı 22° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Məhkəmə Elçin Sadıqovla bağlı QƏRAR VERDİ - YENİLƏNİB

CƏMİYYƏT

11 Sentyabr 2022 | 07:57 | Müəllif: Subhan Mahmudov

Məhkəmə Elçin Sadıqovla bağlı QƏRAR VERDİ - YENİLƏNİB

Vəkil Elçin Sadıqov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Bakıvaxtı.az xəbərverir ki, Binəqədi Rayon Məhkəməsində hakim Fərid Əmirəliyevin sədrliyi ilə baxılan iş üzrə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən Elçin Sadıqov Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirləndirilərək barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Əvəz Zeynallı və Elçin Sadıqov ötən gün prokurorluq orqanları tərəfindən saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.

Xatırladaq ki, sentyabrın 7-də haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev Xural TV-nin rəhbəri Əvəz Zeynallının hazırda həbsdə olan iş adamı Rasim Məmmədovun ailəsindən şantaj və hədə-qorxu yolu ilə 20 min manat pul alması, lakin daha sonra razılaşmanı pozaraq Rasim Məmmədovla bağlı şantaj kampaniyasını davam etdirdiyini yazıb. O, eyni zamanda Əvəz Zeynallının səs yazısını da yayıb.

Daha sonra isə vəkil Elçin Sadıqov məsələyə müdaxilə edərək, məlumatı təkzib edib. Bundan sonra E. Fətullayev Ə. Zeynallının pulu məhz vəkil Elçin Sadıqov vasitəsilə aldığını açıqlayıb.

***

10 sentyabr, saat 20:23

Vəkil Elçin Sadıqovun ofisindəki axtarışlar başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda o, prokurorluq əməkdaşlarının müşayiəti ilə Baş Prokurorluğa aparılır.

***

16:51

Faktla bağlı cinayət işi başlanıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.

Əlavə məlumat veriləcək. 

***

16:09

Hazırda həbsdə olan "Baku Steel Company" şirkətinin rəhbəri Rasim Məmmədovun vəkili Elçin Sadıqovun ofisində axtarış aparılır. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vəkilin özü sosial şəbəkədə məlumat verib. 

O, qeyd edib ki, bununla bağlı ona Baş Prokuroruqdan zəng olunaraq xəbərdarlıq edilib. 

Bundan əlavə, sosial şəbəkədə vəkilin evində də axtarış aparıldığı bildirilir. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR