• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bakıda NATO-nun təlim kursu keçirilir 

CƏMİYYƏT

10 Oktyabr 2022 | 17:53

Bakıda NATO-nun təlim kursu keçirilir

Müdafiə Nazirliyinin (MN) NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu keçirilir.

Bu barədə Bakıvaxtı.az-a MN-dən məlumat verilib. Məlumata görə, əvvəlcə kurs iştirakçılarına brifinq təqdim olunub, mobil təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı məlumatlar verilib.

Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən kurs müddətində HHQ aidiyyatı bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim olunacaq. Həmçinin aviasiya təminatı ilə bağlı fəaliyyətlər həyata keçiriləcəkdir.

Təlim kursu oktyabrın 13-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR