• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Goranboyda fermada 2 qumbara və xeyli sursat tapıldı

CƏMİYYƏT

09 Noyabr 2022 | 13:20 | Müəllif: Subhan Mahmudov

Goranboyda fermada 2 qumbara və xeyli sursat tapıldı

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Səfikürd kənd sakini əvvəllər məhkum olunmuş E.Abdullayevin üzərindən 12 qramdan artıq marixuana aşkar olunaraq götürülüb.

Bu barədə Bakıvaxtı.az-a DİN-dən məlumat verilib. Xəbərə görə, davam etdirilən tədbirlərlə E.Abdullayevə narkotik vasitəni satan Şəfəq kənd sakini Q.Abbasovdan 1 ədəd kustar üsulla hazırlanmış bıçaq, kəndin ərazisindəki fermasına baxış zamanı isə 1 kiloqram 250 qramdan artıq marixuana, çətənə toxumu, 2 ədəd “F-1” qumbarası, 5 ədəd tüstüverici şaşka, 198 ədəd patron və 1 ədəd patron darağı aşkarlanaraq götürülüb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026