• Bakı 8° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rəqəmsal savadlılığın artırılmasına çalışırıq - Nərmin Seyidova

CƏMİYYƏT

09 Dekabr 2022 | 11:33 | Müəllif: Qalib İbrahimoğlu

Rəqəmsal savadlılığın artırılmasına çalışırıq - Nərmin Seyidova

​​​​​​“İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi olaraq rayonlarda vətəndaşlarla görüşürük. İmtahan prosesi, təlimlər keçiririk. Rəqəmsal savadlılıq artırılması və onların kadr kimi yetişməsi üçün çalışırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu media namayəndələri üçün keçirilən “Rəqəmsal Savadlılıq” adlı təlimdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin PR və Kommunikasiya departamentinin müdiri Nərmin Seyidova bildirib.

Onun sözlərinə görə, ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların da rəqəmsal sahədə inkişaf etməsi Agentliyin hədəfindədir.

“Bizim gördüyümüz işlərin ictimaiyyətə təqdim olunmasında medianın dəstəyi danılmazdır. Biz media ilə işləməyə hazırıq”, - deyə N.Seyidova qeyd edib.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026