“Xəzər suyunun Kürə dolması və iki rayonun su çatışmazlığı idi. Neftçalada yaranan bu problem iki il bundan əvvəl qaldırıldı və artıq rayonda bu problem öz həllini tapıb”.
Bakıvaxt.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı səsləndirib.
Deputat qeyd edib ki, Kürün Xəzərə axdığı hissədə bəndin tikilməsi yerli sakinlərin təklifi idi və bu reallaşdırılıb: "Buna görə hökumətə təşəkkür edirəm".
S.Rüstəmxanlı onu da deyib ki, rayonun bir sıra kəndlərində qaz problemi var: "Belə ki, kəndin yaxınlığından qaz kəməri keçir, amma kənddə qaz yoxdur. Bu cür problemlərin də yaxın müddətdə həll olunmasını arzulayıram”, - deyə deputat əlavə edib.
Nuranə Daxilqızı
















