• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İntektual sərmayə olanda insan öz işinə dəyər qata bilir - Elvin Abbasov

CƏMİYYƏT

09 Dekabr 2022 | 11:56 | Müəllif: Qalib İbrahimoğlu

İntektual sərmayə olanda insan öz işinə dəyər qata bilir - Elvin Abbasov

​​​​​​​“Media nümayəndələri və cəmiyyət üçün rəqəmsal savadlılığın artırılmasının ölkəmizə böyük töhfəsi olacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu media namayəndələri üçün keçirilən “Rəqəmsal Savadlılıq” adlı təlimdə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının rəhbəri Elvin Abbasov bildirib.

Onun sözlərinə görə, informasiya texnologiyaları sürətlə inkişaf edir və biz qlobal tendensiyaya uyğunlaşmalıyıq: “Ekologiya, tibb, təhsil və digər sahələr elektronlaşıb. “Ağıllı kənd”lər salınır. Dövlət və özəl sektorda baş verənləri media vasitəsilə təqdimatı önəmlidir. Odur ki, bu təlimdə təhlil bacarıqlarını inkişaf etdirməyə çalışacağıq. Bunun üçün rəqəmsal savadlılığının artırılması lazımdır. İntektual sərmayə önəmlidir. Belə olan halda insan öz işinə dəyər qata bilir. İnsan öyrəndikcə və uğur qazandıqca işini sevir. Biz bu təlim vasitəsilə informasiya texnologiyalarını sevdirməyə gəlirik”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026