• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Masallı sakinində külli miqdarda psixotrop maddə aşkarlanıb

CƏMİYYƏT

08 Yanvar 2023 | 11:51 | Müəllif: Subhan Mahmudov

Masallı sakinində külli miqdarda psixotrop maddə aşkarlanıb

Masallı sakinində külli miqdarda psixotrop maddə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Həsənli kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Abıyev saxlanılıb.

Keçirilən baxış zamanı onun üzərindən hazır bükümlərdə qablaşdırılmış külli miqdarda psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026