Gündəlik tələbat məhsullarının dağıtımını həyata keçirən “AQRO–VEST DC” MMC cərimələnə bilər.
Bakıvaxtı.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi bu şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib edərək işi Sabunçu Rayon Məhkəməsinə göndərib.
Məcəllənin 485.2-ci maddəsində bildirilir ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İş hakim Mirheydər Zeynalovun icraatına verilib.
İbRa
















