• Bakı 9° C

    1.93 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Yoluxma sayı açıqlandı - KORONAVİRUS STATİSTİKASI

CƏMİYYƏT

08 Mart 2023 | 22:38 | Müəllif: Subhan Mahmudov

Yoluxma sayı açıqlandı - KORONAVİRUS STATİSTİKASI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 819 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 818 456 nəfər müalicə olunaraq sağalıb, 10 138 nəfər vəfat edib, aktiv xəstə sayı 225 nəfərdir.

Ölkədə son sutka ərzində 1665, hazırkı dövrədək isə 7 536 288 test aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026