• Bakı 12° C

    5.36 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Biləsuvar sakini aptekdə iynə vurdurduqdan sonra qəfil vəfat edib

CƏMİYYƏT

10 Sentyabr 2022 | 23:37 | Müəllif: Subhan Mahmudov

Biləsuvar sakini aptekdə iynə vurdurduqdan sonra qəfil vəfat edib

Biləsuvar rayon sakini qəflətən vəfat edib.

Bakıvaxtı.az-ın məlumatına görə, rayonun Xırmandalı kənd sakini, 1990-ci il təvəllüdlü Muxtarov Niyaməddin Musa oğlu ürəyində olan ağrılarla əlaqədar aptekə yaxınlaşıb.

Şahidlərin sözlərinə görə, bu zaman ona iynə vurulub. Küçəyə çıxan N.Muxtarov qəflətən yerə yıxılıb. Daha sonra onun öldüyü məlum olub.

Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib.(report)

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR