• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Fransa və Ermənistanın Qafqazda məkrli planı

CƏMİYYƏT

10 Oktyabr 2022 | 17:07 | Müəllif: Qalib İbrahimoğlu

Fransa və Ermənistanın Qafqazda məkrli planı

“Fransa və Ermənistan Qafqazda məkrli plan üzrə hərəkət etmək fikrindədirlər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, məlum olub ki, Fransa Senatı ölkə hökumətini Xankəndində humanitar ofisin yaradılması məsələsini müzakirə etməyə, ərazi bütövlüyünü təmin etmək üçün Ermənistana hər cür yardım göstərməyə, xüsusən də onun müdafiə qabiliyyətini gücləndirməyə çağırır. Qətnamə müəllifləri Fransa hökumətindən erməni əhalisinin və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təhlükəsizliyinə təminat verməsini xahiş edir və bu məqsədlə beynəlxalq qüvvələrin yerləşdirilməsi xahişini təklif edirlər.

Politoloq deyib ki, senatorlar davamlı sülhün bərqərar olması üçün danışıqlar vasitəsi kimi istifadə oluna bilinən 'Dağlıq Qarabağ Respublikası"nın tanınmasının zəruriliyini təsdiq edirlər: “Aydındır. İrəvan və Paris Azərbaycana kələk gəlmək istəyərək aşağıdakı məqsədləri güdürlər:

1. Azərbaycan və Ermənistan bir-birilərinin sərhədlərini tanıyır. Sonradan isə, beynəlxalq sərhədlərin tanınmasının Qarabağın dağlıq hissəsi ilə əlaqəli olmayacağını deyəcəklər.

2. ABŞ birbaşa deyil, dolayısı ilə Aİ xətti ilə Ermənistanda möhkəmlənmək istəyir. Bununla bağlı olaraq sülhün möhkəmləndirilməsi adı altında Ermənistanda müəyyən ofislərin açılması ilə bağlı təkliflərin ediləcəyi istisna deyil. Yaranmış vəziyyətdə Paşinyan geosiyasi seçim kontekstində sərhəddə yeni təxribatlar törədə bilər”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026