• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Uşaqları maşının baqajına mindirib yola çıxdı - VİDEO

CƏMİYYƏT

12 Avqust 2022 | 13:19 | Müəllif: Subhan Mahmudov

Uşaqları maşının baqajına mindirib yola çıxdı - VİDEO

Sosial şəbəkələrdə rayonların birində "VAZ" markalı minik avtomobilinin baqaj hissəsində bir neçə yeniyetmənin daşınmasını əks etdirən video yayılıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasını nümayiş etdirən görüntülər müzakirələrə səbəb olub. 52 BF 776 dövlət qeydiyyat nişanlı "VAZ 21 011" markalı avtomobilin sürücüsünün bu addımı tənqidlə qarşılanıb.

Məsələ ilə bağlı ilkin araşdırmalar aparılıb və məlum olub ki, avtomobil Salyan rayonunda qeydiyyatda olsa da, bu rayonda idarə edilmir və hadisə tamamilə başqa ərazidə çəkilib. Hazırda görüntüdəki avtomobilin olduğu ərazinin müəyyən edilməsi və sürücü barəsində qanunamüvafiq tədbirin görülməsi istiqamətində iş aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026