• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Azərbaycan QHT-si BMT qurumuna üzv oldu

CƏMİYYƏT

12 Avqust 2022 | 12:57 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycan QHT-si BMT qurumuna üzv oldu

“İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi BMT-nin İqtisadi və Sosial Şurasına – ECOSOC-a xüsusi məşvərətçi statuslu (ECOSOC Special Consultative Status) üzv qəbul olunub.
 

Bu barədə  Bakıvaxtı.az-a ictimai birliyin sədri Cəsarət Hüseynzadə bildirib.
 
Onun sözlərinə görə, 2020-ci ildə BMT-nin əsas qurumlarından olan ECOSOC-a üzv olmaq üçün müraciət edilib və davamlı olaraq bu istiqamətdə iş aparırlıb: "Təşkilatın fəaliyyəti haqqında geniş məlumatlar təqdim etdik. Eyni zamanda, təşkilata ECOSOC-un QHT idarəsindən də bəzi suallar və sorğular daxil oldu. Üzvlüklə bağlı lazımı məlumatları, fəaliyyətimizlə bağlı informasiyaları və s. sorğuları dolğun şəkildə cavablandırdıq və yaxın müddət üçün təşkilatımızın fəaliyyət strategiyasını təqdim etdik".
 
ECOSOC-un məşvərətçi statusu dörd ildən bir seçilən, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvü – ABŞ, Çin, Rusiya da daxil olmaqla 19 dövlətin nümayəndələrindən ibarət QHT komitəsinin zəmanət və tövsiyəsi əsasında verilir. Komitənin hazırkı üzvlərinə (2019-2022) Bəhreyn, Braziliya, Burundi, Çin, Kuba, Estoniya, Esvatini, Yunanıstan, Hindistan, İsrail, Livan, Meksika, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə və ABŞ daxildir.
 
Pandemiya ilə bağlı BMT və onun qurumlarının iclaslarının keçirilməsində müəyyən yubanmalar olub. Nəhayət, ECOSOC-un QHT-lər üzrə Komitəsi 17-26 may 2022-ci il tarixli sessiyasında “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyini məşvərətçi statuslu üzvlüyə qəbul olunmasını BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) tövsiyə edib.
 
Həmin sessiyada Ermənistan və Gürcüstandan da olan bir neçə QHT-nin müraciəti olsa da həmin QHT-lər üzvlüyə tövsiyə edilməyin”.
 
Təşkilat sədri qeyd edib ki, artıq BMT-nin ECOSOC-un 33-cü plenar iclasında QHT Komitəsinin tövsiyəsi ilə “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi bu quruma xüsusi məşvərətçi statuslu üzv kimi qəbul edilib və bununla bağlı qurumdan rəsmi təbrik alınlb.
 
Cəsarət Hüseynzadə bildirib ki, məşvərətçi statusun imtiyazları və üstünlükləri, eləcə də məsuliyyət və öhdəlikləri də var.
 
“Məşvərətçi statuslu üzv olaraq QHT BMT-nin beynəlxalq konfrans və tədbirlərində iştirak edə bilər, bu tədbirlərdə yazılı və şifahi bəyanatlar verə bilər. Üzv QHT həmin tədbirlər zamanı paralel tədbirlər təşkil edə bilər, BMT-nin binalarına daxil ola bilər, şəbəkə qura bilər və lobbiçilik fəaliyyətini həyata keçirə bilər. Üzv QHT eyni zamanda BMT-nin qurumu yanında dövri hesabatlar və digər öhdəliklər də daşıyır.”
 
Qeyd edək ki, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyi 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Təşkilatın əsas missiyası informasiya təşəbbüslərinə dəstək göstərməklə ictimai, sosial və humanitar sahədə davamlı inkişafın təmin edilməsinə yardım etməkdir. Təşkilatın sədri Cəsarət Hüseynzadə vətəndaş cəmiyyətinin inkişafı və ictimai iştirakçılıqla bağlı bir neçə uğurlu layihələrin müəllifidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026