• Bakı 16° C

    11.28 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0971

Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin ARTIM

İQTİSADİYYAT

19 May 2025 | 19:16

Azərbaycanın xarici ticarət dövriyyəsində kəskin ARTIM

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xarici ölkələrlə 16,917 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrünə nisbətən 24,1 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 8,785 milyard ABŞ dolları ixracın, 8,133 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 7,5 %, idxal isə 48,8 % artıb.

Son nəticədə xarici ticarətdə 651,79 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 4,15 dəfə azdır.


SON XƏBƏRLƏR