q
  • Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.266

Yeniyetmə cüdoçularımız dünya çempionatını dörd medalla başa vurdu

İDMAN

01 Sentyabr 2024 | 09:34

Yeniyetmə cüdoçularımız dünya çempionatını dörd medalla başa vurdu

Azərbaycanın yeniyetmə cüdoçuları Perunun paytaxtı Limada keçirilən dünya çempionatını dörd medalla başa vurublar.

Bakıvaxtı.az-ın məlumatına görə, son olaraq tatamiyə çıxan Sübhan Axundov (+90 kq) ilk görüşündə məğlub olub.

Daha əvvəl Nihad Məmişov (55 kq) və Cəsur İbadlı (73 kq) dünya çempionu olublar. Məhəmmədəli Hüsiyev (50 kq) və Mehdi Abbasov (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan millisi medal sıralamasında yalnız Yaponiyadan (2 qızıl, 1 gümüş) geri qalaraq ikinci olub.


SON XƏBƏRLƏR

02 May 2026