Braziliyalı futbolçu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun heyətində məşqləri bərpa edib.
Bakıvaxtı.az-ın məlumatına görə,komandanın baş məşqçisi Jorje Jesus bildirib ki, futbolçu artıq idman zalında topla işləyə bilər, lakin onun yaxın aylarda matçlarda iştirak etməsi ehtimalı azdır.
Mütəxəssis qeyd edib ki, futbolçunun vəziyyətini qiymətləndirmək üçün vaxt lazımdır.