• Bakı 14° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8386

    RUB - 0.0174

Atletimiz 1 qızıl və 2 gümüş medal qazandı

İDMAN

30 Oktyabr 2024 | 19:00

Atletimiz 1 qızıl və 2 gümüş medal qazandı

Azərbaycan atleti Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ravin Alməmmədov (81 kq) birdənqaldırmada 151 kq-ı ram edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, təkanla qaldırmada isə 187 kq-ın öhtəsindən gəlib və nəticədə gümüş medal əldə edib.

R.Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medalı hesabına yazdırıb.


SON XƏBƏRLƏR