Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, günün son matçında “Şəfa” və “Difai” komandaları üz-üzə gəlib. Əsas vaxt 2:2 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılıb. Bu hissədə daha bir top vuran “Difai” adını 1/8 final mərhələsinə yazdırıb. Ağsu təmsilçisi bu raundda “Neftçi”yə rəqib olub.
Qeyd edək ki, II təsnifat mərhələsinin əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" "Dinamo"nu 6:0, “Şamaxı” “Şəmkir”i 6:1, “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” isə “Karvan”ı 3:0 hesabı ilə üstələyib.