• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

ABL: Bu gün IV turun daha bir matçı keçiriləcək

İDMAN

29 Noyabr 2024 | 10:15

ABL: Bu gün IV turun daha bir matçı keçiriləcək

Azərbaycan Basketbol Liqasında bu gün IV turun daha bir matçı keçiriləcək.

Bakıvaxtı.az xəbər verir ki, B qrupunda “Lənkəran” evdə “Ordu”nu qəbul edəcək.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq görüş saat 14:00-da start götürəcək.

“Lənkəran” hazırda B qrupunda 5 xalla dördüncüdür. Eyni xala malik “Ordu” ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, IV turun noyabrın 26-da keçirilmiş "Abşeron" – "Naxçıvan" oyunu birincilərin məğlubiyyəti ilə yekunlaşmışdı - 68:72. Turun digər matçları noyabrın 30-da və dekabrın 1-də baş tutacaq.


SON XƏBƏRLƏR

18 Aprel 2025