• Bakı 19° C

    7.83 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Azərbaycanla Araz dəhlizi sazişi imzalayacağıq – İranlı nazir

İQTİSADİYYAT

18 Dekabr 2023 | 18:31

Azərbaycanla Araz dəhlizi sazişi imzalayacağıq – İranlı nazir

Gələn ay ərzində İran və Azərbaycan arasında Araz yol dəhlizi sazişi imzalanacaq.

Bakıvaxtı.az bildirir ki, bunu İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dəhliz sazişinin imzalanması ilə əlaqədar tədbir təşkil olunacaq. Tədbirdə Rusiya nümayəndələri də iştirak edəcəklər.

İranlı nazir bildirib ki, podratçı şirkətin təyin olunması ilə Araz dəhlizinin inşasə prosesinə başlanıb. Bu proses Araz çayı üzərində körpünün tikilməsi, magistral yolun genişləndirilməsi çərçivəsində həyata keçiriləcək. Belə ki, bu dəhliz Naxçıvana birləşəcək.

Qeyd edək ki, Araz yol dəhlizi İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikasına birləşdirəcək./trend


SON XƏBƏRLƏR

16 May 2025