• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Azərbaycandan Rusiyaya növbəti yumurta partiyası çatdırılıb

İQTİSADİYYAT

14 Yanvar 2024 | 22:52 | Müəllif: Subhan Mahmudov

Azərbaycandan Rusiyaya növbəti yumurta partiyası çatdırılıb

Yanvarın 14-nə olan məlumata görə, Azərbaycan Rusiyaya 2,1 milyon yumurta tədarük edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” teleqram kanalında məlumat verib. 

“Yanvarın 13-ü və 14-də Rusiyaya sonrakı satış üçün Azərbaycandan 918 min ədəd ərzaq yumurtasının növbəti partiyası gətirilib. Mallar müvəqqəti saxlama anbarına daxil olduqdan sonra idxal olunan məhsulların keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunələr götürülür", - deyə məlumatda bildirilir. 

Qeyd edək ki, Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiyaya yumurta tədarük etməyə başlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026