• Bakı 19° C

    2.87 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Bakı metrosu Rusiyadan 35 vaqon alıb?

İQTİSADİYYAT

12 Fevral 2024 | 19:11 | Müəllif: Subhan Mahmudov

Bakı metrosu Rusiyadan 35 vaqon alıb?

Bakı metropoliteni hazırda yeni vaqonların alınması ilə bağlı müqavilə imzalamayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiyadan yeni 35 vaqon alınması ilə bağlı sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, hər hansı müqavilə olacağı təqdirdə ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində bu il Bakı metrosu üçün 35 vaqonun tədarükü üzrə çox böyük layihənin həyata keçirilicəyini qeyd edib.

İndiyənədək hər biri 5 vaqondan ibarət 22 qatar Rusiyanın “Transmaşholdinq” Səhmdar Cəmiyyətinin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsində “Bakı Metropoliteni” QSC-nin texniki şərtlərinə uyğun istehsal edilib./report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026