2023-cü ildə dünyada qızıl ehtiyatlarını ən çox artıran ölkələrin adları açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, siyahıda Çin liderlik edir. Ölkə qızılı ehtiyatlarını 224 ton artıraraq 2236 tona çatdırıb.
İkinci yerdə ehtiyatları 21 ton artaraq 77,5 tona çatan Avstraliyadır.
Hindistan 17 ton artım və 804 ton ümumi ehtiyatla üçüncü yeri tutub.
Meksika ehtiyatlarını 1 ton, Fransa 0,3 ton artırıb. Nəticədə onların müvafiq olaraq 121 və 2437 ton qızılı var.
2023-cü ilin sonunda Rusiya qızıl ehtiyatlarını 16 ton artıraraq 2351 tona çatdırıb. Beləliklə, o siyahıda beşinci yerdə qərarlaşıb.
Ümumilikdə G20 ölkələri qızıl ehtiyatlarını 213 ton artırıb.
Yalnız Türkiyə və Almaniya ehtiyatlarını 60 və 2,5 ton azaldıb. ABŞ ən böyük qızıl ehtiyatına malikdir - 8133 ton.
Bir sıra digər ölkələrin, o cümlədən İtaliya və Yaponiyanın ehtiyatları dəyişməz qalıb.
Günəş Mərd