Çinin premium elektrik avtomobilləri istehsalçısı HiPhi maliyyə problemlərinə görə müflis ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Carnewschina.com” məlumat yayıb.
Şirkətin müflis olması ilə bağlı şayiələr bu ilin əvvəlində ortaya çıxıb.
Qeyd olunub ki, 2024-cü ilin yanvarında şirkət işçilərinə maaşların ödənilməsini gecikdirib, 2023-cü ildə fəaliyyətin nəticələrinə görə mükafatları ləğv edib, həmçinin top-menecerlərinin maaşlarını azaldıb.
Fevralın 7-də şirkət işçilərdən evdə işləməyi xahiş edib. Eyni zamanda işçilərə öz vəzifələrini yerinə yetirmək imkanı verilməyib.
Qeyd edək ki, markanınilkelektrikliavtomobiliHiPhiX-insatışı 2021-ciildə başlayıb. 2023-cü ildə daha iki model - HiPhi Z və HiPhi Y buraxılıb.
Günəş Mərd
















