• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İqtisadiyyatımız 5% artdı

İQTİSADİYYAT

13 Fevral 2024 | 12:43 | Müəllif: Qalib İbrahimoğlu

İqtisadiyyatımız 5% artdı

Bu ilin yanvar ayında Azərbaycanda 9 milyard 131 milyon manatlıq və yaxud ötən ilin eyni dövrünə nisbətən 5 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd olunub ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,6 % azalıb, qeyri neft-qaz sektorunda isə 12,3 % artıb.

ÜDM istehsalının 41,9 %-i sənaye, 10,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 5,8 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8 %-i informasiya və rabitə, 1,7 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,8 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib.

Ötən ay əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 897 manat olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026