• Bakı 19° C

    0.95 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Dollara tələb KƏSKİN ARTDI

İQTİSADİYYAT

13 Fevral 2024 | 16:33 | Müəllif: Qalib İbrahimoğlu

Dollara tələb KƏSKİN ARTDI

Bu gün keçirilən hərracda rekord məbləğdə dollar satılıb. Bankların bugünki sifarişi 151.1 milyon dollar olub.

Bakıvaxtı.az xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, bütövlükdə, bu ayın ilk 13 günündə keçirilən hərraclarda 370.9 milyon dollar satılıb. Bu gün hərracda yüksək sifariş heç də 13-ün “nəs rəqəm” hesab edilməsi ilə bağlı deyil, rekord məbləğ satışı valyuta bazarında dollara tələbin artdığını bir daha təsdiq edir.

Deputat qeyd edib ki, valyuta dəyişmə məntəqələrində manatın mövcud məzənnəsi də məhz dollara tələbin kəskin artmasından xəbər verir. Onun sözlərinə görə, rəsmi məzənnənin stabil qalmasına baxmayaraq aktiv valyuta dəyişmə məntəqələri dolların satış deyil alış kursunu manata nisbətən 1.70 müəyyənləşdiriblər. Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən Azərbaycan valyuta bazarında volatillik artıb. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlı deyil.

"Dollara yüksək tələbin müşahidə olunmasına baxmayaraq Mərkəzi Bankın bu məsələyə münasibət bildirməməsi də diqqəti cəlb edir. Bu dönəmdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vaicbdir", - deyə Vüqar Bayramov əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR