• Bakı C

    3.25 m/s

  • USD - 1.7

    EUR - 1.9607

    RUB - 2.1452

Azərbaycanla inkişaf və dirçəliş yolunda tərəfdaşıq - Çin səfiri

SİYASƏT

13 Mart 2026 | 10:42

Azərbaycanla inkişaf və dirçəliş yolunda tərəfdaşıq - Çin səfiri

Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey səfirlikdə keçirilən brifinqdə deyib.

    “Çin və Azərbaycan inkişaf və dirçəliş yolunda tərəfdaşdır və Qlobal Cənubun mühüm üzvləridir. Çin Azərbaycanın milli xüsusiyyətlərinə uyğun inkişaf yolunu seçməsini dəstəkləyir”, – deyə səfir qeyd edib.

    Lu Mey vurğulayıb ki, Pekin Azərbaycanla Çin modernləşməsinin yaratdığı imkanları bölüşməyə hazırdır.

    “Pekin Azərbaycanla Çin modernləşməsinin, süni intelektin yaratdığı imkanları bölüşməyə, qarşılıqlı fayda və birgə inkişaf üçün yeni gələcək qurmağa və bəşəriyyətin vahid taleyi cəmiyyətinin formalaşmasına töhfə verməyə hazırdır”, – diplomat əlavə edib.


    SON XƏBƏRLƏR

    12 Mart 2026