• Bakı 16° C

    3.34 m/s

Azərbaycanla İtaliya birgə təlimlər keçirəcək

CƏMİYYƏT

12 Yanvar 2023 | 15:32

Azərbaycanla İtaliya birgə təlimlər keçirəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İtaliyanın müdafiə naziri Quido Krosetto təlim və təhsil sahəsində əməkdaşlıq haqqında niyyət protokolunu imzalayıblar.

Bakıvaxtı.az xəbər verir ki, imzalanma mərasimi yanvarın 12-də nazirlərin görüşündən sonra keçirilib.

Görüşdə Azərbaycan və İtaliya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, yanvarın 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın müdafiə naziri Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026