• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

ANAMA zəlzələdən zərərçəkənlərə  yardım göstərdi

CƏMİYYƏT

11 Fevral 2023 | 15:11

ANAMA zəlzələdən zərərçəkənlərə yardım göstərdi

Azərbaycan Prezidentinin müvafiq tapşırığı və çağırışına uyğun olaraq, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Türkiyədə baş vermiş dağıdıcı zəlzələ nəticəsində zərərçəkmiş şəxslərə 12 000 ABŞ dolları dəyərində maddi yardım göstərib.

Bu barədə Bakıvaxtı.az-a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, Agentliyin kollektivi adından ayrılan ianə zərərçəkmiş insanlara dəstək məqsədilə yaradılan müvafiq bank hesabına köçürülüb.

"ANAMA zəlzələ nəticəsində həyatını itirən türkiyəli qardaşlarımıza Allahdan rəhmət diləyir, onların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara tezliklə şəfa diləyir", - məlumatda vurğulanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR