• Bakı 19° C

    0.74 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Azərbaycanla Türkiyə arasında memorandum imzalanacaq

İQTİSADİYYAT

12 Fevral 2022 | 14:58 | Müəllif: Subhan Mahmudov

Azərbaycanla Türkiyə arasında memorandum imzalanacaq

Gələn həftə Türkiyənin Maliyyə idarəsi ilə Azərbaycan Mərkəzi Bankı arasında Azərbaycanda yüksək texnologiyalar və rəqəmsallaşmanın inkişafı ilə bağlı memorandumun imzalanması gözlənilir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.

Onun sözlərinə görə, bu memorandum çərçivəsində sığorta bazarının və kapital bazarının rəqəmsallaşması sahəsində Türkiyə təcrübəsinin Azərbaycanda tətbiq olunması məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan və Türkiyə qiymətli kağızların qarşılıqlı ticarətinin təşkil olunması barədə razılıq əldə edib. Razılığa əsasən, İstanbul Fond Birjasının qiymətli kağızları Bakı Fond Birjasında, Azərbaycanın qiymətli kağızları isə Türkiyədə alınıb satılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026