• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan iqtisadiyyatında artım qeydə alınıb

İQTİSADİYYAT

14 Mart 2022 | 14:52 | Müəllif: Subhan Mahmudov

Azərbaycan iqtisadiyyatında artım qeydə alınıb

2022-ci ilin yanvar-fevral aylarında ölkədə 19 milyard 175,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,7 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 10,1 faiz artıb.

ÜDM istehsalının 53,6 faizi sənaye, 7,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,1 faizi tikinti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,3 faizi informasiya və rabitə, 1,2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 14,9 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 1909,7 manata bərabər olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026