• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan ilk dəfə Hindistana karbamid gübrəsi ixrac etdi

İQTİSADİYYAT

12 Aprel 2022 | 12:51 | Müəllif: Subhan Mahmudov

Azərbaycan ilk dəfə Hindistana karbamid gübrəsi ixrac etdi

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidentləri ixrac coğrafiyasını genişləndirir.

Qurumdan Bakıvaxtı.az-a verilən məlumata görə, Sənaye Parkının rezidenti “SOCAR karbamid” zavodu tərəfindən ilk dəfə olaraq Hindistana karbamid gübrəsinin ixracı həyata keçirilib və ilkin mərhələdə qarşı tərəfə 5 min tondan çox məhsul göndərilib.

2019-cu ildə fəaliyyətə başlayan “SOCAR karbamid” zavodu ölkəmizin azot gübrəsi idxalından asılılığın aradan qaldırılmasında, yerli fermerlərin tələbatının ödənilməsində mühüm rol oynayır. Hazırda zavodda istehsal olunan məhsullar “Made in Azerbaijan” brendi ilə Braziliya, Gürcüstan, Türkiyə, Moldova, Rumıniya, İtaliya, Bolqarıstan və s. ölkələrə ixrac edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR