• Bakı 27° C

    5.83 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Azərbaycanda neftin emalı azalıb

İQTİSADİYYAT

12 May 2022 | 11:55

Azərbaycanda neftin emalı azalıb

Azərbaycanda neftin emalı 2022-ci ilin yanvar-aprel aylarında 1,8 milyon ton təşkil edib.

Energetika Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 210 min ton az olub.

Xatırladaq ki, Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidən qurma və modernləşdirmə işləri aparılıb.

Qeyd edək ki, bu ilin aprelində NEZ-in işi planlaşdırılmış profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınması planlaşdırılır. Zavodun işi may ayının sonunda bərpa ediləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026