• Bakı 19° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Azərbaycan martda "OPEC+" öhdəliyini 116% yerinə yetirib

İQTİSADİYYAT

13 Aprel 2022 | 14:19

Azərbaycan martda "OPEC+" öhdəliyini 116% yerinə yetirib

Bu ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696,4 min barel olub.

Energetika Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, hasil edilən maye karbohidrogenlərin 579,4 min barelini xam neft, 117 min barelini isə kondensat təşkil edib.

Beləliklə, Azərbaycan martda "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) öhdəliyini 116% yerinə yetirib.

Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barel artırılaraq 675 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barel həcmində olması nəzərdə tutulurdu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR