• Bakı 18° C

    2.83 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

Azərbaycanlı futbolçu karyerasını qonşu ölkədə davam etdirəcək

İDMAN

08 Iyul 2026 | 19:35 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı futbolçu karyerasını qonşu ölkədə davam etdirəcək

"Zirə" ilə yollarını ayıran Eldar Quliyevin karyerasındakı növbəti dayanacağı bəlli olub.

Bakıvaxtı.az xəbər verir ki, o, fəaliyyətini qonşu Gürcüstanda davam etdirəcək.

Bacarıqlı futbolçu Gürcüstanın "İberiya 1999" klubu ilə rəsmi olaraq razılığa gəlib. Futbolçu yeni komandasına azad agent statusunda qoşulub.

Xatırladaq ki, son üç ili "qartallar"ın heyətində keçirən Eldar komandası ilə birlikdə bütün turnirlərdə meydana çıxdığı 94 oyunda 2 qol vurub və 6 assistlə yadda qalıb.

Futbolçu bir müddət Azərbaycanın U-16 milli komandasının da şərəfini qoruyub./Oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR