• Bakı 19° C

    6.93 m/s

Azərbaycanlı hakim "Bavariya"nın oyununa təyinat aldı

İDMAN

24 Noyabr 2023 | 20:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycanlı hakim "Bavariya"nın oyununa təyinat aldı

Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada "Bavariya" və Danimarkanın "Kopenhagen" klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.

Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.

Qeyd edək ki, matç noyabrın 29-da Münhendə keçiriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026