• Bakı 19° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

“Neftçi” qalib gəldi, üçüncü oldu

İDMAN

24 Dekabr 2023 | 18:31 | Müəllif: Subhan Mahmudov

“Neftçi” qalib gəldi, üçüncü oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, "Neftçi" doğma meydanda "Kəpəz"i qəbul edib.

Qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Paytaxt təmsilçisinin qollarını 8-ci dəqiqədə Azər Salahlı, 71-ci dəqiqədə Andre Şinyaşiki vurub.

Qələbə sayəsində xallarının sayını 28-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. Gəncə klubu 14 xalla 9-cu sıradadır.

Qeyd edək ki, bu gün turun sonuncu görüşündə "Zirə" "Qarabağ"ı qəbul edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026